Əsas Səhifə > Güney Press > Azərbaycan və Ermənistan parlament sədrlərinin İstanbulda görüşü planlaşdırılır
Azərbaycan və Ermənistan parlament sədrlərinin İstanbulda görüşü planlaşdırılır14-04-2026, 12:06 |
|
Azərbaycan və Ermənistan parlament sədrlərinin İstanbulda görüşü planlaşdırılır. "Armenpress"in xəbərinə görə, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə bildirib. Alen Simonyan rəhbərlik etdiyi nümayəndə heyətinin 16-19 aprel tarixlərində keçiriləcək Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında iştirak etmək üçün İstanbula gedəcəyini xatırladıb. Simonyan qeyd edib ki, konfrans çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşləri planlaşdırılır: “Bir çox ölkənin parlament rəhbərləri orada olacaq. Hazırda Azərbaycan və Gürcüstan parlamentlərinin sədrləri ilə görüşlər planlaşdırılır”. Geri qayıt |