Əsas Səhifə > Güney Press > ANAMA əməkdaşı Füzulidə minaya düşərək həlak olub
ANAMA əməkdaşı Füzulidə minaya düşərək həlak olub14-04-2026, 12:05 |
|
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı aprelin 14-də Füzuli rayonunda baş verən mina hadisəsində həlak olub. Bu barədə ANAMA-dan məlumat verilib. Bildirilib ki, hadisə rayonun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində baș verib. Agentliyin əməkdaşı 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışında həlak olub. Geri qayıt |