Əsas Səhifə > Güney Press > ÜDM-in azalması əhalinin gəlir və dolanışığına mənfi təsir edir
ÜDM-in azalması əhalinin gəlir və dolanışığına mənfi təsir edir14-04-2026, 12:02 |
|
Prezident və hökumət nümayəndələri bir neçə dəfə öz çıxışlarında Azərbaycanda ÜDM artımının az olmasını problem saymadıqlarını deyiblər. Dünyada belə baxış bucağı mövcuddur, amma, iqtisadi nəzəriyyə və praktika onu deyir ki, hansısa ölkədə ÜDM (Ümum Daxil Məhsul) göstəriciləri pisləşəndə, bu xalqın, əhalinin gəlirlərinə, dolanışığına mənfi təsir edir, həyat səviyyəsi aşağı düşür. Bu fikirləri KONKRET.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli səsləndirib: “2026-cı ilin ilk rübünün göstəriciləri açıqlanıb, Azərbaycanda iqtisadi tənəzzül olduğu, iqtisadi vəziyyətin yaxşı olmadığı açıq görünür və hökumət artıq bu tendensiyanı görməzdən gələ bilməz, mütləq ciddi islahatlara start verməlidir.
Qonşularımıza baxanda görürük ki, Gürcüstanda 8,4%, Özbəkistanda 7%-dən çox, Qıröızıstanda 8,8% ÜDM artımı var.
Gələk vətəndaşın gəlirlərinə – insanların gəlirləri nominal ifadədə 5,3% artıb (bu pis deyil), amma, ölkədə rəsmi inflyasiya 5,7% olub – yəni, inflyasiya vətəndaşın gəlir artımını yeyib-bitirib, vətəndaşın real gəlirləri azalıb.
Xatırladım ki, iqtisadi nəzəriyyəyə görə problemli kreditlər ümumi kreditlərin 3%-ni keçərsə, bu təhlükəli hal sayılır. Bizdə artıq 2,5%-ə çatıb, sürətlə də artır, ilin sonuna, çox güman, 3%-i keçəcək.
Geri qayıt |