Əsas Səhifə > Güney Press > “Ermənistana getmərəm, çünki...”
“Ermənistana getmərəm, çünki...”14-04-2026, 11:33 |
|
Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bugünkü suallarını parlamentin üzvü Aqil Abbas cavablandırıb. Deputatla erməni QHT rəhbərlərinin Azərbaycana gəlişi, xalqların barışığı və Bakıda həbsdə olan ermənilər mövzusunda danışmışıq. - Aqil müəllim, hər iki tərəfdən vətəndaş cəmiyyəti üzvlərinin qarşılıqlı səfərləri olur. Sizə elə bir təklif gələrsə, Ermənistana gedərsinizmi? - Mən getmərəm. Çünki yaram sağalmayıb. Sözsüz ki, bu sülh prosesinə pis baxmıram. Belə görüşlər və müzakirələr olmalıdır. Ən azından tərəflər bir-birini tanıyırlar. Bizimkilər də onları başa salırlar və həqiqətləri izah edirlər. Əslində, Vətən müharibəsindən əvvəl də bu görüşlər başlamışdı, amma nəticə vermədi. İndi qələbəmiz var və bu görüşlər yeni reallıqda davam etdirilir. Ermənilər də anlayır ki, onlara və bölgəmizə sülh lazımdır. - Həm bu görüşlərdə, həm erməni mediasında həbsdə olan Araik və digərlərinin məsələsi qaldırılır, bu adamlar “hərbi əsir” kimi təqdim edilir. Bəs onların gələcəkdə azadlığa buraxılması ehtimalı varmı? - Necə bilirsiniz, əgər sülh hər şeydən vacibdirsə, erməni xalqı iyun seçkilərində Paşinyanı dəstəkləyəcəkmi? Çünki baş nazir xalqa bəyan edib – ya sülhə, ya “müharibə partiyası”na səs verəcəksiniz... - Məncə, yenə Paşinyana səs verəcəklər. Erməni xalqı da müharibə olmasını istəmir. Onlar bunu başa düşürlər. İndi bir erməni istəməz ki, oğlu, əri, yaxud qardaşı ölsün. Özü də yad torpağında döyüşəsən. İndi orada bəziləri deyirlər ki, təzədən Qarabağa qayıdacağıq. Mən Qarabağda çox olmuşam. Ermənilər yaşamış kəndlərdən keçirsən, baxırsan ki, evi nə gündədir, 30 il ərzində damını düzəltməyib, pəncərəsini dəyişməyib. Buna yaşamaq deyirsən? Sadəcə, Xankəndidə yaşayış olub. Məsələn, Ağdamda taxta evdə yaşayıblar. Çünki bu adamlar Qarabağa öz yurdu-yuvası kimi baxmayıb. Ona görə də qələt edirlər, onlar Qarabağa qayıtmayacaqlar. Geri qayıt |