Əsas Səhifə > Güney Press > Pezeşkian Putinlə danışıqlar apardı
Pezeşkian Putinlə danışıqlar apardı12-04-2026, 17:24 |
|
İran Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putinlə söhbəti zamanı İran xalqına göstərilən humanitar yardıma görə Moskvaya təşəkkür edib. Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bundan əlavə, Pezeşkian İsrail və ABŞ ilə münaqişənin gərginliyinin azaldılmasına yönəlmiş, o cümlədən beynəlxalq platformalarda Rusiya mövqeyinə görə minnətdarlığını ifadə edib. “Məsud Pezeşkian Vladimir Putin və Rusiyanın bütün pravoslav xristianlarını Pasxa bayramı münasibətilə təbrik edib”, — deyə qeyd edilib. Geri qayıt |