Əsas Səhifə > Güney Press > İsrail İranla yenidən müharibə hazırlıqlarına başladı

İsrail İranla yenidən müharibə hazırlıqlarına başladı


12-04-2026, 17:23

İsrail Silahlı qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir ordunu yüksək hazırlıq vəziyyətinə gətirib. İranla müharibənin yenilənməsi hazırlıqlarına başlanılıb.

Axar.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

“ABŞ-İran danışıqlarının pozulması fonunda İsrail ordusu yenidən strukturlaşdırılmış döyüş rejiminə keçir. Hərbi kəşfiyyat zərbələr üçün hədəf bankının formalaşdırılmasını sürətləndirir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, İsrailin bir sıra şəhərlərində Müstəqillik Günü ilə bağlı tədbirlərin keçirilməsi ləğv edilib.


Geri qayıt