|
Yaxın Şərqdə yaranan böhran səbəbindən istehlakçılar üçün yanacaq qiymətləri əhəmiyyətli dərəcədə artıb. Yeniavaz.com xəbər verir ki, 2026-cı ilin fevral ayının sonu ilə müqayisədə aprelin əvvəlində Avropa Birliyində benzinin qiyməti təxminən 15%, dizel yanacağının qiyməti isə təxminən 30% artıb. Avropa Komissiyasının 2 aprel 2026-cı il tarixli həftəlik neft qiymətləri bülleteninə əsasən, Avropa Birliyində “Euro-super 95” benzininin orta qiyməti litr üçün 1,871 avro, dizel yanacağının qiyməti isə 2,076 avro təşkil edir. Avropa Birliyində benzinin (“Euro-super 95”) qiyməti litr üçün 1,34–2,33 avro arasında dəyişir. Avropa ölklərində benzinin bir litrinin qiyməti aşağıdakı kimi olub (Avro ilə): Hollandiya: 2,33 Danimarka: 2,23 Almaniya: 2,13 Finlandiya: 2,05 Yunanıstan: 2,05 Fransa: 2,01 İrlandiya: 1,96 Portuqaliya: 1,92 Avstriya: 1,88 Latviya: 1,87 Belçika: 1,85 Rumıniya: 1,84 Litva: 1,74 İtaliya: 1,73 Estoniya: 1,73 İsveç: 1,71 Lüksemburq: 1,70 Çexiya: 1,69 Polşa: 1,68 Xorvatiya: 1,68 Kipr: 1,58 Slovakiya: 1,58 İspaniya: 1,56 Macarıstan: 1,54 Sloveniya: 1,51 Bolqarıstan: 1,44 Malta: 1,34 Ən bahalı dizel yanacağı isə Hollandiya, Danimarka və Almaniyadadır. Avropa Birliyində dizelin qiyməti litr üçün 1,21–2,46 avro arasında dəyişir. Avropa ölklərində dizelin bir litrinin qiyməti aşağıdakı kimi olub (Avro ilə): Hollandiya: 2,46 Danimarka: 2,36 Almaniya: 2,29 Finlandiya: 2,27 Belçika: 2,23 Avstriya: 2,20 Fransa: 2,19 İrlandiya: 2,18 İsveç: 2,15 Litva: 2,12 Yunanıstan: 2,12 Portuqaliya: 2,07 Latviya: 2,05 İtaliya: 2,03 Rumıniya: 2,03 Polşa: 2,02 Estoniya: 2,01 Lüksemburq: 2,00 Çexiya: 1,97 Xorvatiya: 1,88 Kipr: 1,84 İspaniya: 1,78 Slovakiya: 1,69 Bolqarıstan: 1,62 Sloveniya: 1,62 Macarıstan: 1,62 Malta: 1,21 Avropa Birliyində mayeləşdirilmiş qazın orta qiyməti litr üçün 0,841 avro təşkil edib. Ən aşağı qiymət İtaliyada (0,66 avro), ən yüksək qiymət isə Xorvatiyada (1,26 avro) olub.
Geri qayıt
|