Əsas Səhifə > Güney Press > "Musiqidə cərimə tətbiq olunsun"
"Musiqidə cərimə tətbiq olunsun"Bu gün, 17:36 |
|
Teleməkanda son günlər baş verən dəyişikliklər – bir sıra aparıcı və müğənnilərə, eləcə də sosial layihələrə tətbiq olunan qadağalar müsbət qarşılansa da, bu addımların cəmiyyətin ümumi maraqları naminə yetərli olduğunu demək çətindir. Belə ki, bəzi bayağı ifaçılar efirdən uzaqlaşdırılsa da, kənarda keçirilən tədbirlərdə daha böyük auditoriya qarşısında çıxış edirlər. Nəticədə, cəmiyyətin estetik zövqünün korlanması, milli-mənəvi dəyərlərə zərbə vurulması və musiqi mədəniyyətimiz haqqında mənfi rəyin formalaşması prosesi davam edir. Konkret desək, insanlar gündəlik həyatlarında, xüsusilə toylarda, restoran və kafelərdə, ictimai nəqliyyatda və digər məkanlarda hələ də zövqsüz musiqilərin “əsiri” olaraq qalırlar. Bu isə göstərir ki, yalnız televiziya üzərindən tətbiq olunan məhdudiyyətlər musiqi mühitini qorumaq üçün kifayət deyil. Mövzu ilə bağlı KONKRET.az-a danışan əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan bildirib ki, cəmiyyətin musiqi zövqünü qorumaq üçün peşəkar senzura mexanizmi mütləq tətbiq olunmalıdır. Onun sözlərinə görə, ictimai nəqliyyatdan restoranlara qədər bütün məkanlarda səslənən musiqilərə nəzarət edilməlidir. Sənətçi hesab edir ki, yüksək Avropa standartlarına uyğun, estetik baxımdan “məbəd” ab-havasında qurulan restoranlarda səslənən musiqi də bu səviyyəyə uyğun olmalıdır:
Elza Seyidcahanın fikrincə, süni intellektin sürətli inkişafı da bu sahədə müəyyən xaos yaradıb:
Bəstəkar vurğulayır ki, qeyri-peşəkarlığı təşviq edən halların qarşısını almaq üçün konkret tədbirlər görülməlidir:
Yollarda təhlükənin qarşısını almaq üçün qaydalar sərtləşdirilir, amma cəmiyyətin zövqünə daha dərin təsir edən, “trend” adı ilə yayılan bayağı musiqilərə qarşı heç bir mexanizm yoxdur. Halbuki bu sahədə də cərimələr tətbiq olunsa, müəyyən nizam-intizam yarana bilər. Ümid edək ki, aidiyyəti qurumlar bu uçurumun qarşısını almaq üçün yaxın zamanda konkret addımlar atacaqlar”, – deyə Seyidcahan fikrini yekunlaşdırıb. Geri qayıt |