Əsas Səhifə > Güney Press > Hizbullaha işləyən jurnalist öldürüldü

Hizbullaha işləyən jurnalist öldürüldü


Bu gün, 17:31

Livanın cənubunda Hizbullaha bağlı jurnalist Əli Şoeib İsrail Müdafiə Qüvvələrinin hava hücumunda öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə ÇAXAL məlumat yayıb.

Əli Şoeibin Hizbullahın elit “Radvan” qüvvələrinin üzvü olduğuna görə hədəf alındığını bildirilib.

Məlumata görə, Şoeib “Radvan” qüvvələrinin kəşfiyyat bölməsində əməliyyatçı olmaqla yanaşı, Hizbullahla əlaqəli “Əl-Manar” televiziya kanalında jurnalist kimi də çalışıb:

“Şoeib Livanın cənubunda və sərhəd boyunca fəaliyyət göstərən İsrail Müdafiə Qüvvələri qoşunlarının yerlərini ifşa etmək üçün davamlı olaraq çalışıb. Xüsusilə “Radvan” qüvvələri bölməsindəki və ümumiyyətlə terror təşkilatı daxilindəki digər terrorçularla davamlı əlaqə saxlayıb”.

Qeyd edilib ki, Şoeib həmçinin Hizbullah təbliğat materiallarını yaymaq üçün öz mövqeyindən istifadə edərək İsrail Müdafiə Qüvvələri qoşunlarına və İsrail mülki şəxslərinə qarşı təxribat törədib.


Geri qayıt