Əsas Səhifə > Güney Press > Martda Ermənistana qar şoku
Martda Ermənistana qar şokuBu gün, 12:55 |
|
Mart ayının son günləri olmasına baxmayaraq Ermənistana güclü qar yağıb. Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "Mamul" nəşri aidiyyəti qurumlara istinadən yazıb ki, 28 mart saat 10:10-dan etibarən Ermənistan Respublikasındakı bütün beynəlxalq və daxili magistral yollar nəqliyyat üçün açıqdır. "Yol istismarı təşkilatları yolları duz və qumla təmizləməyə davam edir. Qoraykdan Zangerə qədər olan yol qoşqulu nəqliyyat vasitələri üçün bağlıdır. Saravan-Zanger şossesi və Vardenyats aşırımı da qoşqulu nəqliyyat vasitələri üçün keçilməz həddə gəlib", - məlumatda qeyd edilib. Qeyd edilib ki, Araqats, Sevan, Çambarak, Ararat, Artik, Aşotsk, Sisian və Vardenyatsda qar yağır. Geri qayıt |