Əsas Səhifə > Güney Press > Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötübBu gün, 10:50 |
|
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. "APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,99 ABŞ dolları və ya 2,5% artaraq 124,24 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 121,25 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. Geri qayıt |