Əsas Səhifə > Güney Press / Partiya > Pənah Hüseyn süni intellektlə bağlı ÇAĞIRIŞ ETDİ

Pənah Hüseyn süni intellektlə bağlı ÇAĞIRIŞ ETDİ


Bu gün, 07:06

"...Bir neçə həmkarla ABŞ, İzrail- İran müharibəsinin yaratdığı indiki şərait(şərtlər), onun konkret nəticələri və yaxın dövr üçün ehtimal olunan perspektivləri (ümumiyyətlə vəziyyətin bundan sonrakı inkişafı) ətrfında müzakirə apardıq..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında keçmiş baş nazir Pənah Hüseyn qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "...Mənim üçün maraqlı və açığı ən çox narahat edən müşahidəm o oldu ki, intellektinə ,foktoloji məlumatlılığına bələd olduğum və pozitiv dəyərləndirdiyim bəzi həmkarlar Aİ səviyyəsində təhlillər aparıb , Aİ- nin qabil olduğu nəticələri çıxarırlar və heç fərqində olmaq istəmirlər ki, (təkcə fərqində deyillər yox!), özlərini Aİ ilə məhdudlaşdırırlar ( yəni həm də məhdudlaşdırılırlar və müəyyyən dərəcədə artıq məhddulaşıblar), bir növ Aİ tərəfindən ( daha dəqiqi Aİ- ni proqramlaşdıranlar tərəfindən) proqramlaşdırılırlar, və artıq müəyyən dərəcədə proqramlaşdırılıblar... 
...Narahatlığı artıran odur ki, bu süni“ demensiya”nın artıq real siyasətdə müəyyən dərəcədə təsiri müşahidə olunmağa başlayır...
...Ulduzlardan yuxarıda Allah durduğu kimi Aİ səviyyəsinin də üstündə insan səviyyəsinin durduğu yaddan çıxsa, anlaşılmasa, qəbul olunmasa və inanılmasa bu milli təhlükəsizlik probleminə çevrilə bilər (və müəyyən dərəcədə artıq çevrilib)...
P.S. Bu yazılanlar həyatda və fəaliyyətdə Aİ- yə qarşı qarğış kimi yox, əksinə, Aİ tətbiqinə çağrış kimi başa düşülməlidir..."


Geri qayıt