Əsas Səhifə > Güney Press > ABŞ Yaxın Şərqə USS George H.W. Bush aviadaşıyıcısını göndərə bilər
ABŞ Yaxın Şərqə USS George H.W. Bush aviadaşıyıcısını göndərə bilərBu gün, 06:19 |
|
ABŞ hakimiyyəti USS George H.W. Bush aviadaşıyıcısının Yaxın Şərqə göndərilməsi imkanını nəzərdən keçirir. Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, aviadaşıyıcı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) tabeliyinə verilə bilər. Qeyd olunur ki, USS George H.W. Bush-un İranla bağlı münaqişənin davam etdiyi regiona yaxın əraziyə yerləşdirilməsi gözlənilir. Qeyd edək ki, daha əvvəl “Bloomberg” agentliyi USS Gerald R. Ford aviadaşıyıcısında yeni texniki problemlərin aşkar edildiyini bildirmişdi. Geri qayıt |