Əsas Səhifə > Güney Press > Tramp DTN-in şatdaununa görə fövqəladə vəziyyət elan edib

Tramp DTN-in şatdaununa görə fövqəladə vəziyyət elan edib


Bu gün, 04:42

ABŞ Prezidenti Donald Tramp Daxili Təhlükəsizlik Nazirliyinin (DTN) fəaliyyətini qismən dayandırması səbəbindən fövqəladə vəziyyət elan edib.

"Report"un məlumatına görə, bəyanat Ağ Evin saytında dərc edilib.

Trampın sözlərinə görə, şatdaun səbəbindən Nəqliyyat Təhlükəsizliyi İdarəsinin təxminən 60 000 əməkdaşı maaşsız qalıb, təxminən 500 nəfər isə işdən çıxıb.

"Qərara aldım ki, bu hal milli təhlükəsizliyimizi təhdid edən fövqəladə vəziyyətdir", - o bildirib.

Bununla əlaqədar olaraq, Prezident Nəqliyyat Təhlükəsizliyi İdarəsinin fəaliyyəti ilə bağlı vəsaitlərdən istifadə ilə qurumun normal fəaliyyəti zamanı işçilərə kompensasiya və müavinətlərin ödənilməsini tapşırıb.

Nəqliyyat Təhlükəsizliyi Administrasiyası Daxili Təhlükəsizlik Nazirliyinin bir hissəsidir və digər məsələlərlə yanaşı, ABŞ-də hava limanı təhlükəsizliyinə görə məsuliyyət daşıyır.


Geri qayıt