Əsas Səhifə > Güney Press / Ana xəbər > İnvestisiya Şirkətinin rəhbərliyinə təyinat olub
İnvestisiya Şirkətinin rəhbərliyinə təyinat olub19-03-2026, 11:33 |
|
Banker.az xəbər verir ki, bu barədə səhmdarların ümumi yığıncağı qərar verib. Belə ki, Vüsal Əkbərov Firidun oğlu şirkətin Müşahidə Şurasının (M.Ş.) üzvü seçilib. V.Əkbərov uzun illərdir maliyyə sektorunda təcrübəyə malikdir. O indiyə qədər “Expressbank” ASC, “PAŞA Bank” ASC və ABB-də çalışıb. Fevralda isə M.Ş. üzvü olan Əhməd Məmmədov Kavı oğlu vəzifəsindən ayrılmışdı. 2025-ci ilin dekabrında isə Tural Bayramov Müşahidə Şurasından ayrılmaqla direktor vəzifəsinə təyin edilmişdi. Xatırladaq ki, “MFX-Trading İnvestisiya Şirkəti” 2020 ilin avqust ayında dövlət qeydiyyatına alıb. Şirkətin 1.11 milyon manat nizamnamə kapitalında yeganə səhmdar Samir Xəlilov Əlövsət oğludur. O, 2024-cü ildən etibarən şirkətin əsas və yeganə səhmdarı olub. Geri qayıt |