Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycana hansı ölkələrdən və nə qədər pul köçürülüb?

Azərbaycana hansı ölkələrdən və nə qədər pul köçürülüb?


18-03-2026, 10:26

2025-ci ildə fiziki şəxslər tərəfindən Azərbaycana xarici ölkələrdən 1 milyard 176 milyon 992 min dollar pul göndərilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2024-cü illə müqayisədə xaricdən göndərilən vəsaitin həcmi 8,7% və ya təxminən 94 milyon dollar artıb.
Qeyd edək ki, Azərbaycana ən çox pul yenə də Rusiyadan göndərilib. 2025-ci ildə köçürmələrin 40,7%-i (479,3 milyon dollar) bu ölkənin payına düşüb. Rusiyadan köçürülən pulların məbləği 17,4 milyon dollar azalıb.
2025-ci ildə Azərbaycana ən çox aşağıdakı ölkələrdən pul köçürülüb:
Rusiya – 479,3 milyon dollar (40,7%);
Türkiyə – 193,2 milyon dollar (16,4%);
ABŞ – 100,7 milyon dollar (8,6%);
Gürcüstan – 43,6 milyon dollar (3,7%);
Böyük Britaniya – 42,4 milyon dollar (3,6%);
Birləşmiş Ərəb Əmirlikləri – 42,1 milyon dollar (3,6%);
Fransa – 26,6 milyon dollar (2,3%);
Səudiyyə Ərəbistanı – 26,2 milyon dollar (2,2%);
Qazaxıstan – 25,9 milyon dollar (2,2%);
Almaniya – 23,9 milyon dollar (2,0%);
İrlandiya – 16,0 milyon dollar (1,4%);
Qətər – 15,7 milyon dollar (1,3%);
Özbəkistan – 15,1 milyon dollar (1,3%);
İsrail – 12,2 milyon dollar (1,0%);
İsveçrə – 10,4 milyon dollar (0,9%);
Avstriya – 9,9 milyon dollar (0,8%);
Litva – 6,7 milyon dollar (0,6%);
Niderland Krallığı – 6,2 milyon dollar (0,5%);
Çexiya – 5,6 milyon dollar (0,5%);
Kanada – 5,4 milyon dollar (0,5%);
Qırğızıstan – 4,9 milyon dollar (0,4%);
Polşa – 4,6 milyon dollar (0,4%);
Belarus – 4,3 milyon dollar (0,4%);
Sinqapur – 3,3 milyon dollar (0,3%);
Küveyt – 3,2 milyon dollar (0,3%);
İspaniya – 2,9 milyon dollar (0,2%);
Digər ölkələr – 46,9 milyon dollar (4%).


Geri qayıt