Əsas Səhifə > Güney Press / Ana xəbər > 59 saylı Mənzil-tikinti kooperativinin sədrinə qarşı korrupsiya ittihamı

59 saylı Mənzil-tikinti kooperativinin sədrinə qarşı korrupsiya ittihamı


13-06-2014, 14:29
59 saylı Mənzil-tikinti kooperativinin sədrinə qarşı korrupsiya ittihamı
DİA.AZ: - Mənzil-tikinti kooperativinin sədri barəsində cinayət işi başlanmışdır. Bu barədə DİA.AZ-a baş prokurorluqdan məlumat verilib.

Bakı Apellyasiya Məhkəməsindən daxil olmuş xüsusi qərardad Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.

Araşdırmalar zamanı 59 saylı Mənzil-tikinti kooperativinin sədri Mübariz Hacıyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kooperativ üzvlərinin iclasını təşkil etmədən saxta iclas protokolu və maliyyə arayışı tərtib edərək onların əsasında 21 min manat müqabilində 192 kv.m qeyri-yaşayış sahəsinin oğlu Emin Hacıyevə verilməsini rəsmiləşdirməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Geri qayıt