Əsas Səhifə > Güney Press / Ana xəbər > Gerçəkliyin təsəvvürü üçün sosial şəbəkələr uğurlu platforma deyil...
Gerçəkliyin təsəvvürü üçün sosial şəbəkələr uğurlu platforma deyil...16-03-2026, 09:39 |
|
Çox uzaq keçmişlə yox, hətta 25-30 il əvvəllə müqayisədə insanların informasiya almaq imkanı bəlkə də milyon dəfə artıb.
Amma bu qədər informasiya axını insanları dezinformasiyanın, yalana bürünmüş təbliğatın əsarətindən qurtara bilmədi.
"Niyə" sualının cavabı son dövrlər geniş sosioloji araşdırmaların obyektidir və bununla bağlı Margaret Heffernanın müəllifi olduğu "Şüurlu korluq" (Willful Blindness) kitabında maraqlı qeydlər var.
Müəllif yazır ki, nəzəri olaraq internet dünyanın bilik xəzinəsinə çıxış imkanlarımızı inanılmaz dərəcədə genişləndirməli idi. Amma nə baş verir?
Ənənəvi mediada (qəzetlərdə) olduğu kimi internetdə də bizi razı salan, düşüncələrimizə uyğun bloq və saytları oxuyuruq. Yəni nəticə dəyişmədi. İnsanlar geniş məlumatla qarşılaşsalar belə, əsasən öz mövqelərini təsdiqləyən informasiyalara diqqət yetirir, əks fikirlərə az maraq göstərirlər. İnsanlar öz baxışlarını dəstəkləyən məlumatı axtarmağa əks ideyanı nəzərdən keçirməkdən təxminən iki dəfə daha meyllidirlər. Müzakirə prosesi baxışları genişləndirmək əvəzinə alternativlərə qarşı korluq yaradır.
İnsanlar öz facebook səhifələrimizdə "layklar"ı sevirlər. Sosial şəbəklər real müzakirə üçün nə yaxşı məkan, nə də uyğun formatdır. Biz həm köhnə, həm də yeni medianı şüurlu şəkildə seçirik, çünki fikirlərimizin yayılmasından və alqışlanmasından zövq alırıq, kim olduğumuzu və necə düşündüyümüzü təsdiqləyən insanların əhatəsində olmağı sevirik.
Rövşən Ağayev - "DİA-AZ"
Geri qayıt |