Əsas Səhifə > Güney Press / Ana xəbər > "İki Ulduz"lu təhlükə Azərbaycan vətəndaşlarını təqib edir
"İki Ulduz"lu təhlükə Azərbaycan vətəndaşlarını təqib edir13-06-2014, 12:57 |
![]() Yaxşı və keyfiyyətli şokolad insana yalnız xeyir gətirə bilər. Ucuz və keyfiyyətsiz, saxta şokolad isə tək xeyirsiz yox, hətta ziyanlıdır. Təəssüf ki, hal hazırda dükanlarda daha tez-tez məhz saxta şokoladla rastlaşmaq olur. Buna görə də, həe zaman diqqətli olun və şokolad plitkalarının bağlamalarını oxuyun. Məsələn, məmulatın bağlaması üzərində “İki Ulduz” şirkətinin adını oxusanız, həmin məhsuldan imtina etməyiniz məsləhətdir. “İki Ulduz” firması 2002-ci ildə qurulub. Zirəddin Ələsgərovun rəhbərlik etdiyi bu müəssisə şokolad, konfet istehsalı ilə məşğul olur. Təəssüflər olsun ki, keyfiyyətsiz ərzaq isrehsalı mövzusu ölkəmizdə hələ də öz aktuallığını qorumaqda, bu problem özü isə ciddi təhdid mənbəyi kimi çıxış etməkdədir. Müvafiq dövlət strukturları tərəfindən vaxtaşırı keyfiyyətsiz ərzaq məhsullarının sıradan çıxarılması üçün addımlar atılsa da, hələ də məsələni tam həll etmək mümkün olmayıb. Azərbaycanda Ərzaq Təhlükəsizliyi Proqramı qəbul olunmasına baxmayaraq, onun icrası hələ istənilən səviyyədə deyil. Ekspertlər bildirirlər ki, 2013-cü ilin statistikasına əsasən, Azərbaycanda ərzaq məhsullarından mindən artıq zəhərlənmə faktı qeydə alınıb. Mütəxəssislər zəhərlənmə faktlarının artmasına səbəb kimi istehsal olunan ərzaq məhsullarının keyfiyyətinin aşağı olmasını göstərir. Xatırladaq ki, bütün qida istehsalı müəssisələrində gəlirin 25 faizi keyfiyyətə xərclənməlidir. Keyfiyyət isə insan amili, texnoloji və xammalda özünü göstərir. Lakin “İki Ulduz” kimi müəssisələrdə bu tələblərə hələ də əməl edilmir. Buna görə də şirkətin məhsulları sırasında keyfiyyətsiz məmulatlar kifayət qədərdir. Şokolad, bəşəriyyəti icad etdiyi ən az rast gəlinən məhsullardandır ki, onun tərkibinə sintetik əlavələrin edilməsi tamamilə ziddir. Ancaq banal imitasiya bu məhsulun da tərkibinə yol acdı. Elə “İki Ulduz” şirkətində də təbii kakao-yağı bitki yağları və müxtəlif piylərlə əvəzləndi ki, bu da nəticədə əsl şokoladın tamamilə əksi olan məhsulların ərsəyə gəlməsinə səbəb oldu. Redaksiyamıza təqdim olunan məlumatlarda isə bildirilir ki, müəssisədə texnoloji proseslərə, sanitar-gigiyenik və texniki təhlükəsizlik qaydalarına qətiyyən əməl olunmur. Bu xüsusda aldığımız məlumatda deyilir: “Burada şokoladı sanitar qaydaları gözləmək şərti ilə resept və texnoloji qaydalara, qəbul olunan standartın tələblərinə uyğun olaraq hazırlamırlar. Tərkibindəki toksik elementlərin, pestisidlərin, aflatoksininin və s. maddələrin miqdarı qəbul olunan normalardan artıq olur. Şokoladın tərkibində olan yağ organizmə daxil olduqda xolesterol artımına səbəb olur...” Geri qayıt |