Əsas Səhifə > Güney Press / Ana xəbər > Hacıbala Abutalıbovdan "inciyən" mütəfəkkir kimdir...?

Hacıbala Abutalıbovdan "inciyən" mütəfəkkir kimdir...?


13-06-2014, 11:23
Hacıbala Abutalıbovdan "inciyən" mütəfəkkir kimdir...?
DİA.AZ Moderator.az-a istinadən dəyərli oxucularına bir heykəlin fotosunu təqdim edir. Əlbəttə, kimsə deyə bilər ki, baxan kimi onun kimliyini bilmək olur. Ona görə də postamentin üstündə heç adı-soyadı yazılamsa da olar. Amma inanın ki, elkə deyil. Birincisi, rəhmətliyin heykəli o dərəcədə də kənardan baxanda asanlıqla tanınası deyil, nə də postamentin üstündəki yazıları oxumaq üçünsə gərək cibində ən azı böyüdücü lupa gəzdirəsən. Çünki Bakı Şəhər İcra Hakimiyyəti vəsait çatışmazlığından bir stəkan məxsusi rəng tapıb həmin rəhmətliyə aid postamentdəki izi itməkdə olan yazını təzələyə bilmir...
Görəsən, rəhmətlik biganəlikdən dil açıb nəsə deyə bilsəydi, Bakı meriyasının rəhbərliyinin ünvanına nələr deyər, yaxud ona hansı əsərini ithaf edərdi...?

Heç həmin rəhmətliyin kimliyini və harada ögeylikdən xiffət çəkdiyini də yazmağa ehtiyac duymuruq. Onsuz da necə deyərlər, hamı görür kimdi, nəçidi...

Geri qayıt