Əsas Səhifə > Güney Press / Ana xəbər > "OMON" hadisələrinin qurbanı olan sabiq baş prokurordan xəbər

"OMON" hadisələrinin qurbanı olan sabiq baş prokurordan xəbər


6-06-2014, 15:29
"OMON" hadisələrinin qurbanı olan sabiq baş prokurordan xəbər
Təxminən 20 ildən bəri işsiz olan sabiqlərin necə dolanması həmişə sual doğurub.

Belə ki, rəsmi olaraq təqaüd alan bu şəxslərin keçmiş həyatları nəzərə alınarsa, onların o cahcəlallı həyatdan kasıb dövrə necə adaptasiya olunmaları çox maraqlıdır.

Həmin sabiqlərdən biri də Respublikanın Baş Prokuroru Əli Ömərovdur. Rövşən Cavadovun 1994-cü ildə ilk üsyanının qurbanı olan Ömərov o zamandan bəri işsizdir. İyirmi illik işsizlik dönəmində Əli Ömərov necə keçinir?

DİA.AZ xəbər verir ki, AZERİNFO.ORG-a daxil olan məlumata görə, Əli Ömərov rəsmi olaraq işsiz olsa da, bu illər ərzində heç də çətinlik çəkməyib. Belə ki, prokurorluq zamanında aldığı obyektlər və mülklər onun nəticəsinə də bəsdir.

Bundan başqa Əli Ömərovun balıq biznesində də ciddi payı vardır.
Obyektlərinə gəlincə, onlardan biri şəhərin mərkəzində – Yusif Məmmədəliyev küçəsində yerləşir. Əliağa adlı qohumunun adına özəlləşdirilən həmin obyektdən gələn aylıq kirayə pulu 15 min manatdır.

Hazırda restoran-bar tipli iaşə obyekti olan həmin yer Əli Ömərov tərəfindən uzun illər öncə alınıb. Lakin sənədləşmə başqalarının üzərinə olduğu üçün bu barədə kimsənin xəbəri olmayıb.
Mövzuya qayıdacağıq.
Yazıda adı çəkilən şəxslərin mövqeyini yayınlaya bilərik.

Geri qayıt