Əsas Səhifə > Güney Press > ABŞ Kubadan atışmada yaralananlara konsulluq çıxışı istəyib
ABŞ Kubadan atışmada yaralananlara konsulluq çıxışı istəyibBu gün, 07:44 |
|
ABŞ administrasiyası Kuba sularında baş vermiş insident zamanı yaralanan şəxslərlə bağlı Havana hökumətinə konsulluq çıxışı üçün rəsmi müraciət edib. Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb. Məlumata görə, ABŞ-də qeydiyyatda olan kater Kuba ərazi sularına daxil olduqdan sonra sərhədçilərlə atışma baş verib. Hadisə zamanı katerdə olan altı nəfər yaralanıb. Onlardan birinin ABŞ vətəndaşı olduğu bildirilir. Atışmada ölən dörd nəfərdən birinin də ABŞ vətəndaşı olduğu qeyd edilir. Digərlərinin isə ABŞ-də yaşadığı ehtimal olunur. "Axios"un məlumatına əsasən, Vaşinqton rəsmi şəkildə Kubadan altı yaralıya konsulluq çıxışı verilməsini xahiş edib. Portal yazır ki, sözügedən kater əvvəlcə Florida ştatının cənubunda oğurlanıb. Katerdə olan şəxslərdən bəzilərinin məhkumluq həyatı yaşadığı bildirilir. Fevralın 25-də Kuba Daxili İşlər Nazirliyi açıqlayıb ki, Floridada qeydiyyatdan keçmiş kater ölkənin ərazi sularına daxil olub. Göyərtədə olan şəxslər yaxınlaşan Kuba sərhədçilərinə atəş açıb, sərhədçilər isə cavab atəşi ilə qarşılıq veriblər. Nəticədə dörd hücumçu öldürülüb, altı nəfər yaralanıb. Bundan başqa, Kuba sərhəd patrulunun komandiri də xəsarət alıb. Geri qayıt |