Əsas Səhifə > Güney Press > Putin və Lukaşenko İttifaq Dövləti çərçivəsində yeni qərarlar qəbul ediblər
Putin və Lukaşenko İttifaq Dövləti çərçivəsində yeni qərarlar qəbul ediblərDünən, 18:06 |
|
Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasının yekunları üzrə sənədlər imzalayıblar. "Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Onların arasında "İttifaq Dövlətinin Standartlaşdırma və Keyfiyyət Komitəsinin yaradılması haqqında", "2025–2026-cı illər üçün İttifaq Dövlətinin ədəbiyyat və incəsənət sahəsində mükafatlarının verilməsi haqqında", "2026-cı il üçün İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclaslarına dair əsas məsələlər haqqında" qərarlar yer alır. A.Lukaşenko bildirib ki, hazırda iki ölkə arasında xidmət ticarəti - nəqliyyat, tikinti və informasiya sahələri üzrə - sürətlə inkişaf edir. Onun sözlərinə görə, qarşılıqlı investisiyalar hər iki ölkənin iqtisadiyyatına qarşılıqlı əlaqəli artım üçün impulslar verir və yeni iş yerləri yaradır. Belarusun cəlb etdiyi vəsaitlərin 60 %-dən çoxu rusiyalı investorların payına düşür. V.Putin iclasda iki ölkənin qonşu regionları arasında birbaşa şəhərətrafı dəmir yolu əlaqəsinin bərpası barədə qərar qəbul edildiyini bildirib. Geri qayıt |