Əsas Səhifə > Güney Press > Əməyin Mühafizə Mərkəzinin 1.1 milyonluq tender ləğv edildi

Əməyin Mühafizə Mərkəzinin 1.1 milyonluq tender ləğv edildi


Dünən, 14:51

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əməyin Mühafizəsi Mərkəzinin keçirdiyi tendderin nəticəsi ləğv edilib.

Tribuna.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.

Orada bildirilir ki, tender Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində olan ”Əməyin Mühafizəsi Mərkəzi’nin inzibati binasının əsaslı təmiri işlərinin satınalınması məqsədi daşıyıb. Həmin təmir işlərinə isə 1 milyon 198 min 391 manat vəsait ayrılması da nəzərdə tutulub.

Lakin AİİBNDX qanunvericiliyin tələbinin pozulması səbəbindən tenderin nəticəsini ləğv edib. Məlum olub ki, müsabiqəyə üç şirkət əvəzinə, iki şirkət qatılıb ki, bu da qanunun pozulması deməkdir.


Geri qayıt