Əsas Səhifə > Güney Press / Ana xəbər > В«AzərsğortaВ»nın departament müdiri В«MazerattiВ»ni hansı pulla alıb?

В«AzərsğortaВ»nın departament müdiri В«MazerattiВ»ni hansı pulla alıb?


6-06-2014, 14:38
В«AzərsğortaВ»nın departament müdiri В«MazerattiВ»ni hansı pulla alıb?
Xəbər verdiyimiz kimi, В«AzərsığortaВ» şirkəti ilə bağlı xeyli sayda şikayətlər var. Onların arasında ən populyarı isə şirkətin nəqliyyat vasitələrinə dəymiş zərərə görə, böyük məbləğ yazaraq, sahibinə isə az pul verməsidir.

TİA.AZ-a daxil olan məlumatlara görə, şirkətin işçiləri əzilmiş və ya zərər görmüş avtomobilin sahibi ilə anlaşaraq, onlara tutaq ki, 5000 manat ödənildiyi sənədə qol çəkdirir. Amma müqabilində 2000 manat ödəyir. Hadisə şahidlərinin dediyinə görə, ortalıqdakı fərq birbaşa sığortaçının özünə çatır.

TİA.AZ-ın məsələ ilə bağlı araşdırması zamanı isə ortaya daha maraqlı bir məqam çıxıb. Həmin məlumat В«AzərsığortaВ» şirkətinin Nəqliyyat Sığortası Departamentinin direktoru Orxan Atakişiyevlə bağlıdır. Belə ki, departament rəhbəri böyük imkanlara sahibdir. Və onun dəyəri yüz minlərlə manat ölçülən В«MazerattiВ» sürdüyü deyilir.

Məlumatda deyilir ki, Orxan Ağakişiyev bir müddət bahalı maşınını üzə çıxarmayb. Lakin imkanları genişləndikcə artıq В«MazerattiВ»ni şəhərdə idarə etmək qərarına gəlib. Maraqlı məqamlardan biri odur ki, sığorta şirktində çalışan bu şəxs bahalı maşını hansı imkanlar hesabına alıb. Hər halda şirkətdən aldığı əmək haqqı hesabına bunu etməyin mümkünsüz olduğu dəqiqdir. Görünür, vətəndaşların yuxarıda qeyd etdiyi məsələdə Orxan Ağakişiyevin də əli var.

Geri qayıt