Əsas Səhifə > Güney Press > Azərbaycan Paşinyanın yenilədiyi köhnə təklifini bu halda qəbul edə bilər
Azərbaycan Paşinyanın yenilədiyi köhnə təklifini bu halda qəbul edə bilərDünən, 14:05 |
|
Ermənistanın baş naziri Nikol Paşinyan Polşa Beynəlxalq Münasibətlər İnstitutunda xarici səfirlər, diplomatlar və beyin mərkəzlərinin nümayəndələri ilə görüşündə Türkiyə ilə sərhədin açılması məsələsi haqda yeni açıqlamalar verib. O deyib ki, sərhəd infrastrukturun yaradılmasında Avropa İttifaqının köməyinə ümid edir. "Hava sərhədi açıqdır. Ermənistandan Türkiyəyə müntəzəm uçuşlarımız var və ikitərəfli uçuşların həcminin artacağını gözləyirəm. Amma təbii ki, quru sərhədinin də açıq olacağına ümid edirik. Yeri gəlmişkən, Türkiyə ilə sərhəddə yeni infrastruktura ehtiyacımız olacaq və hazırda Aİ-nin bu məsələni necə dəstəkləyə biləcəyini müzakirə edirik", - deyə Paşinyan qeyd edib. Bəs Avropa İttifaqı Ermənistan-Türkiyə quru sərhədlərinin açılmasına hansı dəstəyi verə bilər? Azərbaycan Ermənistanın yük maşınları üçün marşrut təmin etmək təklifini Azərbaycan tərəfi qəbul edəcəkmi? Politoloq Azad Məsiyev Musavat.com-a bildirib ki, Nikol Paşinyanın Polşada Aİ institutları ilə sərhəd infrastrukturu mövzusunu müzakirə etməsi göstərir ki, İrəvan Türkiyə ilə quru sərhədinin açılmasını artıq siyasi yox, praktik mərhələyə keçirmək və məsələdə Avropa İttifaqından dəstək almaq istəyir: “Avropa İttifaqının hansı real dəstəyi verə biləcəyinə gəlincə, Aİ Türkiyənin mövqeyinə təsir gəstərə bilməz. Türkiyə ən yüksək səviyyədə bəyan edib ki, Ermənistan Azərbaycanla sülh sazişi imzaladıqdan sonra quru sərhədləri açılacaq. Ona görə də Ermənistan Aİ-dən dəstək almağa çalışmaq əvəzinə sülh sazişini imzalamaq üçün gərəkən addımı atmalıdır. Aİ sərhəd açılacağı halda infrastrukturun qurulmasının maliyyələşdirilməsində iştirak edə bilər. Sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi, gömrük və logistika terminalları, rəqəmsal nəzarət sistemləri, yol və körpülərin bərpası üçün qrant və ya güzəştli kredit ayıra bilər. Gömrük standartlarının uyğunlaşdırılması, ticarət prosedurlarının sadələşdirilməsi, sərhəd təhlükəsizliyi və nəzarət mexanizmləri kimi məsələlərdə yardım göstərməsi mümkündür. Bu, daha çox Ermənistanı Aİ iqtisadi məkanına daha da yaxınlaşdırmaq məqsədi daşıya bilər. Paşinyanın Aİ-ni Türkiyə ilə sərhədin açılması işinə də cəlb etməyə çalışması həm də uzun müddətdir həyata keçirdiyi Rusiyanın Ermənistanda mövqelərini zəiflətmək siyasətinin tərkib hissəsidir”. “Ermənistan bunu jest kimi təqdim etsə də əslində, Ermənistan bununla regional tranzit ölkəsinə çevrilmək istəyir. Azərbaycanın təklifi qəbul etməsi isə gələcəkdə şərtlərdən asılı olacaq. Bakı üçün əsas prinsiplər maneəsiz və təhlükəsiz keçid, siyasi manipulyasiyaya açıq olmayan mexanizm və hüquqi zəmanətin verilməsidir. Təkcə siyasi bəyanatla kifayətlənmək olmaz”. Geri qayıt |