Əsas Səhifə > Güney Press > ““Coca-Cola” reklama görə, “Nida”dan pul alıb”
““Coca-Cola” reklama görə, “Nida”dan pul alıb”6-06-2014, 12:48 |
![]() ““Coca-Cola şirkəti biznez qurumudur. Biznesmenlər də pula görə, istənilən şəxs və qurumla əməkdaşlığa gedirlər”. Bu sözləri Editor.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə “Coca-Cola” şirkətinin məhsullarının üzərində “Nida” vətəndaş hərəkatı loqotipinin yerləşdirilməsinə münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, “Nida” ya ayrılan pullar artıb və bu qurum öz reklamlarını müxtəlif yerlərdə aparır: “Mən burada təəccüblü bir şey görmürəm. “Nida” təşkilatı konkret olaraq Qərbin Azərbaycan hakimiyyətinə qarşı yaratdığı bir layihədir. Lazım gələndə bu gəncləri qabağa verir, müxtəlif təxribatlar həyata keçirməyə çalışırlar. Bunun üçün həmin təşkilata müxtəlif beynəlxalq təşkilatların əli ilə qrantlar da ayırırlar. Görünür həmin qrantlar “təyinatı” üzrə xərclənilir və müxtəlif brend məhsulların üzərində reklama da pul ayrılır. Şəxsən mənim qənaətim ondan ibarətdir ki, “Coca-Cola” “Nida”dan pul alıb. Belə olmasayadı “Nida”nın reklamını biz “Coca-Cola” məhsullarının üzərində görməzdik”. Geri qayıt |