Əsas Səhifə > Güney Press / Ana xəbər > Brilliant Dadaşova Eynulla Fətullayevin saytını aşağıladı
Brilliant Dadaşova Eynulla Fətullayevin saytını aşağıladı6-06-2014, 12:47 |
![]() Xalq artisti Brilliant Dadaşova ABŞ səfərinin ətrafında gəzən söz-söhbət haqqında daha bir açıqlama verdi. Mediainfo.az-ın verdiyi məlumata görə, bir neçə saat əvvəl sənətçi Facebook səhifəsində bunları yazıb: “Əziz dostlar, mən elə birbaşa dırnaq içərisində Haqqın.az kimi boşboğaz, populist çıxışlarla atlanıb-düşən, ucuz qəhrəmanlıqla başqasının haqqını tapdalamağa cəhd göstərərək, özlərinə reytinq qazanan bəzi “psevdapatriot”lara üzümü tutub demək istəyirəm ki, Amerikada – Nyu-Yorkun göbəyində Azərbaycan bayrağının qaldırılması, Azərbaycan musiqisinin, özəlliklə bizim xalq mahnılarımızdan ibarət olan mənim “Vokaliz”min səslənməsi, musiqisevərlərin sorğusu nəticəsində yüksək mükafata layiq görülməsi səni niyə bu qədər qıcıqlandırıb? Dünyanın bütün ölkələrində, harda ki, Azərbaycan musiqisini az da ola tanıyıb sevənlər varsa (ki, bunlar milyonlarladır) onların usta musiqisi kimi təqdim edib, sevib, dəyər verdiyi Brilliant Dadaşova Süleyman qızıyam mən! Sən kimsən? Öz quşbeynini bir az işlət! Kor gözlərini aç! Dar düşüncənlə yazdığın axmaq fikirlərinin “qonşular” tərəfindən də oxunduğunu UNUTMA!!!” Geri qayıt |