|
Ukraynanın yenidənqurma xərcləri 10 il ərzində təxminən 588 milyard dollara çata bilər. Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Dünya Bankının (DB) mətbuat xidmətinin dərc etdiyi DB, BMT, Avropa Komissiyası və Ukrayna tərəfindən hazırlanan hesabatda öz əksini tapıb. Məlumata görə, hesabat 31 dekabr 2025-ci il tarixinə qədər olan hesablamalara görə tərtib edilib. Hesabatda qeyd olunur ki, bu məbləğ Ukraynanın 2025-ci il üçün nominal ÜDM-nin təxminən üç qatıdır. Sənəddə nəqliyyat sektorunda bərpa xərclərinin orta hesabla 96 milyard dollar, enerji sektorunda 91 milyard dollar, mənzil sektorunda 90 milyard dollar, ticarət və sənaye sektorlarında 63 milyard dollar və kənd təsərrüfatı sektorunda 55 milyard dollar ola biləcəyi təxmin edilir. Hesabat müəllifləri qeyd edirlər ki, minaların təmizlənməsi üçün də 28 milyard dollara qədər vəsait tələb oluna bilər.
Geri qayıt
|