Əsas Səhifə > Güney Press / Partiya > YAP qurultaya gedir?
YAP qurultaya gedir?Bu gün, 17:37 |
|
YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli “Yeni Sabah”a bildirib ki, qurultayla bağlı qərar qəbul edildikdən sonra ictimaiyyətə açıqlama veriləcək. Milli Məclisin deputatı və YAP Təftiş komissiyasının üzvü Elman Nəsirov isə bu məsələ ilə bağlı konkret məlumatının olmadığını bildirib. Partiyanın digər üzvləri də xəbərlərin dəqiqliyini təsdiqləyə bilməyiblər: Milli Məclisdə YAP-ı təmsil edən deputat Ceyhun Məmmədov bu barədə dəqiq məlumatı olmadığını deyib. O, partiyanın Mətbuat xidmətinə müraciət etməyi tövsiyə edib. YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Elnarə Akimova və İdarə Heyətinin üzvü, deputat Tahir Mirkişili də növbəti qurultayla bağlı hələ heç bir məlumat almadıqlarını qeyd ediblər. Qeyd edək ki, YAP-ın VII qurultayı 2021-ci il martın 5-də keçirilib. Geri qayıt |