Əsas Səhifə > Güney Press / Ana xəbər > YAP 2 min üzvünü partiyadan xaric edib
YAP 2 min üzvünü partiyadan xaric edibBu gün, 16:34 |
|
Yeni Azərbaycan Partiyası 2 mindən artıq üzvü partiya sıralarından xaric edib. Bu barədə Gununsesi.info– nun YAP-ın Mərkəzi Aparatından əldə etdiyi özəl məlumatda bildirilir. Məlumata görə, bu qərara səbəb həmin şəxslərin üzvlük haqqını ödəməməsi olub. Belə ki, xəbərdarlıqlara baxmayaraq, həmin şəxslər son 1 ili üzvlük haqqını ödəməkdən yayınıb. Buna görə də partiya rəhbərliyi belə bir qərar qəbul etmək məcburiyyətində qalıb. Bundan başqa YAP-ın cinayət məsuliyyətinə cəlb olunan şəxslərinin də sayı bəlli olub. Məlumata görə, hakim partiyanın üzvü olan 174 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 157 nəfəri barəsində həbs qərarı verilib. Geri qayıt |