Əsas Səhifə > Güney Press > İranda etirazlar şiddətlənməyə başlayır

İranda etirazlar şiddətlənməyə başlayır


Bu gün, 15:10

İranda 8-9 yanvar qətliamından sonra aksiyalar bir qədər səngisə də, artıq üç gündür yenidən start götürüb.

Tribuna.az xəbər verir ki, Tehran başda olmaqla, Təbriz, İsfəhan və Şiraz universitetlərinin tələbələri dayanmadan rejimə qarşı etirazlara başlayıblar.

Gələn məlumatlara görə, İranın məşhur Şərif, Əl-Zəhra, Behişti və Texnologiya Universitetlərinin tələbələri mövcud rejimin getməsini, İranda yeni bir sistemin qurulmasını tələb edirlər. Hətta tələbələr İranın hazırkı bayrağını yandıraraq, ölkədə dini rejim istəmədiklərini bəyan ediblər.

Əvvəlki aksiyalardan fərqli olaraq, etirazçılar bu dəfə başqa bir mövqe sərgiləyiblər. Belə ki, onlar əvvəlki aksiyalarda İranın keçimş şahının oğlu Rza Pəhləvini dəstəklədiklərini bildirirdilərsə, indi onun əleyhinə şüarlar səsləndirməyə başlayıblar. Məsələn, “Nə şah, nə molla, Azad İran” şüarları əsaslardan biri olub.

Qeyd edək ki, İran rejimi aksiyaları yatırmaq üçün tələbələrin üzərinə Bəsic qüvvələrini göndərib. Lakin onlarla toqquşma da heç bir fayda verməyib.


Geri qayıt