Əsas Səhifə > Güney Press > Köçəryanın iqtidara gəlməsinə yol verilməməlidir!
Köçəryanın iqtidara gəlməsinə yol verilməməlidir!Bu gün, 15:08 |
|
Keçmiş prezident Robert Köçəryanın, eləcə də Samvel Karapetyan və Qagik Tsarukyanın siyasi qüvvələrinin hakimiyyətə gəlməsinin qarşısı alınmalıdır. O qeyd edib ki, Vardan Qukasyanın Gümri meri seçilməsi Köçəryanın, Karapetyanın və Serj Sarkisyanın qüvvələrinin əməkdaşlığı sayəsində baş verib. “Həm hakimiyyətləri dövründə, həm də indi onlar hüquq-mühafizə sisteminin öz işini görməsinə imkan verməyəcəklər. Ona görə də bu ssenarinin qarşısı necə alına bilər? İnsanlar Köçəryana səs verməməlidirlər”, - deyə Rubinyan qeyd edib. Samvel Karapetyan “Güclü Ermənistan” Partiyası tərəfindən baş nazirliyə namizəd göstərilib. “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan iyun ayında keçiriləcək parlament seçkilərində “Ermənistan üçün təklif” platforması ilə iştirak edəcək. Keçmiş prezident Robert Köçəryan seçkilərdə böyük bir müxalifət blokunun yaradılması ehtimalının olduğunu bildirib. Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. Geri qayıt |