Əsas Səhifə > Güney Press > Söyüşlərin arxasında dayanan Kteml...
Söyüşlərin arxasında dayanan Kteml...Bu gün, 14:02 |
|
Bu il fevralın 19-da Vaşinqton şəhərində baş verən və təxribat xarakterli hərəkətlərlə müşayiət olunan radikal aksiya ilə bağlı diqqətçəkən məqamlar üzə çıxıb. Yerli mətbuatda toplanmış məlumatların təhlili göstərir ki, Azərbaycan dövlət rəhbərliyinə qarşı təhqiramiz və qeyri-etik ifadələr səsləndirən, eyni zamanda mühafizə olunan əraziyə daxil olmağa cəhd göstərən şəxslərin əhəmiyyətli hissəsi Rusiya Federasiyası ilə sıx əlaqələrə malik olub. Belə ki, bəziləri bu ölkənin vətəndaşıdır, bəziləri uzun müddət orada yaşayıb və ya oraya intensiv səfərlər edib, daha sonra ABŞ-yə köçüb. Bu ardıcıllıq təsadüfi miqrasiya məsələsi olmaqla yanaşı, koordinasiyalı plan ehtimalını da gündəmə gətirir. Məlum olub ki, aksiyada radikal hərəkətləri ilə diqqət çəkən 02.08.1990-cı il təvəllüdlü Əmrahlı Adil Vüqar oğlu Rusiya Federasiyasının vətəndaşıdır. Azərbaycanda olarkən tez-tez Rusiyaya səfərlər edib. Uzun müddət Rusiyanın Novqorod şəhərində yaşayıb. Sonuncu dəfə 15.10.2022-ci il tarixdə Rusiya Federasiyasına məxsus pasportla Almaniyaya gedib. Hazırda ABŞ-də yaşayır. Milliyyəti barədə məlumat olmayan Tatyana Viktorovna adlı qadınla evli olduğuna dair məlumatlar var. Adil Əmrahlının atası Vüqar Əmrahov da Rusiya vətəndaşıdır. 19.07.2023-cü il tarixdə Azərbaycandan Rusiyaya gedib, 25.09.2023-cü il tarixdə Azərbaycana gəlib. Vüqar Əmrahovun 26 dəfə Rusiyaya getdiyi barədə məlumatlar var. Radikal aksiyanın daha bir iştirakçısı, 30.04.1972-ci il təvəllüdlü Abbasov Bəxtiyar Əlövsət oğlu da Rusiya Federasiyasının vətəndaşıdır. Ölkədə olarkən tez-tez Rusiyaya səfərlər edib. Onun təxminən 16 dəfə Rusiyaya gedib-gəldiyi məlumdur. Sonuncu dəfə 12.05.2015-ci il tarixdə Rusiya Federasiyasına məxsus pasportla Azərbaycandan Rusiyaya gedib, uzun müddət orada yaşayıb. Göründüyü kimi, təxribatda Rusiya izlərinin olması daha inandırıcıdır. Digər tərəfdən, sabiq xarici işlər naziri Tofiq Zülüfüqarov da arxivləri açmaqla “5-ci kolon”a xidmət edənlərin açıqlanmas təklifi ilə çıxış edib. “Cebheinfo.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, fevralın 19-da Vaşinqton şəhərində baş verən hadisələr heç bir halda qəbulolunan deyil. Onun sözlərinə görə, kimliyindən asılı olmayaraq, bu əməli törədən şəxslər ilk növbədə nəzərə almalıdırlar ki, onlar hərəkətləri ilə Azərbaycanın dövlətçilik imicinə ciddi zərər vurublar: “Siyasi mövqeyindən, dini mənsubiyyətindən və dünyagörüşündən asılı olmayaraq, hər kəs üçün Azərbaycan dövlətinin maraqları önə çəkilməlidir. O ki qaldı həmin aksiyada iştirak edən şəxslərin əksəriyyətinin bu və ya digər formada Rusiyada yaşaması və ya bu ölkə ilə əlaqələrinin olmasına, əlbəttə ki, bu da diqqətçəkən məqamdır. İlk anlardan etibarən bu məsələlərdə xarici kəşfiyyat izinin olduğu ilə bağlı məlumatlar yayılmaqda idi. Hesab edirəm ki, hal-hazırda Azərbaycana qarşı aparılan hibrid savaşda Rusiya tərəfi aktiv şəkildə iştirak edir. Xaricdə yaşayan və bir çox hallarda “söyüş müxalifəti” adlandırılan müxalifət nümayəndələrinin də əhəmiyyətli hissəsinin məhz Rusiyadan maliyyələşdirilməsi və bu ölkə ilə əlaqələrinin olması barədə məlumatlar deyilməkdədir. Azərbaycana qarşı hibrid hücumların mümkünlüyü isə əvvəlcədən də ehtimal edilirdi”. Oqtay Qasımov qeyd edib ki, xüsusilə 8 avqust Vaşinqton razılaşmasından sonra Rusiya tərəfi bölgədə itirdiyi mövqeləri bərpa etmək üçün bütün variantlardan istifadəyə çalışırdı: “Hesab edirəm ki, məhz bu tip aksiyaların arxasında da Rusiya izinin olması ciddi şübhələr yaradır. Hazırda Azərbaycan ilə Rusiya arasında münasibətlərin kifayət qədər soyuq olduğu müşahidə edilir. Bu vəziyyət eyni zamanda, Rusiyanın ermənipərəst ambisiyaları və imperialist davranışları ilə əlaqəlidir. Rusiya düşünür ki, bölgədə mövqelərini qorumaq üçün region ölkələrinə, o cümlədən Azərbaycana təzyiq göstərməklə öz istəklərini qəbul etdirəcək. Amma Azərbaycan cəmiyyəti və vətəndaşları bu kimi hadisələrə ayıq-sayıq yanaşır, proseslərin arxa planını, kökünü və səbəbinin nə olduğunu yaxşı bilir. Bu baxımdan, Rusiyanın bu tip davranışları ikitərəfli münasibətlərə yalnız zərər verə bilər. Bu, heç də tərəflərin mənafelərinə uyğun deyil”. Geri qayıt |