Əsas Səhifə > Güney Press > Türkiyənin ən varlılarının siyahısı açıqlandı

Türkiyənin ən varlılarının siyahısı açıqlandı


Bu gün, 13:48

“Forbes” nəşri tərəfindən açıqlanan 2026-cı il siyahısına əsasən, Türkiyənin ən varlı 10 iş adamı müəyyənləşib.
Yeniavaz.com
xəbər verir ki, siyahıda zirvə əsasən sabit qalsa da, bu il ən diqqət çəkən dəyişiklik müdafiə sənayesi və texnologiya sahəsində fəaliyyət göstərən şirkətlərin yüksəlişi olub.
Qeyd olunur ki, 2026 siyahısında ən böyük irəliləyiş “Baykar Teknoloji” ilə bağlı olub. Şirkətin əsas səhmdarlarından olan Selçuk Bayraktarın sərvəti 2,7 milyard dollara yüksələrək onu ilk dəfə ilk onluğa daxil edib.
Eyni zamanda, şirkətin CEO-su “aluk Bayraktarın sərvəti də 2,4 milyard dollara çataraq siyahıda yuxarı sıralara yaxınlaşıb. Müdafiə və aviasiya sektorunda ixracın artması “Baykar”ın dəyərini yüksəldən əsas faktor kimi göstərilir.
Türkiyənin ən varlı 10 iş adamı aşağıdakı kimi olub:
Murat Ülker – 5,3 milyard dollar;
Şaban Cemil Kazancı – 5,1 milyard dollar;
Erman Ilıcak – 3,7 milyard dollar;
Feridun Geçgel – 3,4 milyard dollar;
Ferit Faik Şahenk – 3,1 milyard dollar;
Semahat Sevim Arsel – 3,1 milyard dollar;
Filiz Şahenk – 2,9 milyard dollar;
Mustafa Rahmi Koç – 2,7 milyard dollar;
Selçuk Bayraktar – 2,7 milyard dollar;
Mehmet Sinan Tara – 2,5 milyard dollar.


2025-ci il siyahısı ilə müqayisədə, 2026-cı ildə ən böyük dəyişiklik məhz texnologiya və müdafiə sənayesində müşahidə olunub. Ənənəvi holdinqlərin sahibləri mövqelərini əsasən qoruyub saxlasalar da, yeni texnologiya şirkətlərinin təsiri artıb.
2025-ci ildə ilk 10-da yer alan Uğur Şahin, Eren Özmen və Fatih Özmen 2026-da siyahıdan kənarda qalıblar.
Feridun Geçgel, Mustafa Rahmi Koç, Selçuk Bayraktar və Mehmet Sinan Tara isə 2025-də bu sırada yer almasalar da, bu il ilk onluğa düşənlərdir.


Geri qayıt