Əsas Səhifə > Güney Press > Marketlərdə polietilen torbalar yenidən BAHALAŞDI

Marketlərdə polietilen torbalar yenidən BAHALAŞDI


Bu gün, 12:49

Marketlərdə satılan polietilen torbaların qiyməti artıb.

Bizim.Media-nın məlumatına görə, artıq kiçik ölçülü polietilen torbaların qiyməti 5 qəpikdən 7 qəpiyə, böyük ölçülü polietilen torbaların qiyməti isə 7 qəpikdən 9 qəpiyə yüksəlib.

Qeyd edək ki, ən son polietilen torbaların qiyməti ötən ilin dekabrında artmışdı.

Xatırladaq ki, Azərbaycanda 15 fevral 2023-cü ildən etibarən alış-veriş zamanı istifadə edilən polietilen torbaların pulla satışına başlanılıb.

Belə ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinə ünvanladığı məktubda bildirilib ki, polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 nömrəli qərarına əsasən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi ödənişli olmalıdır.


Geri qayıt