Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakı İqtisad Məhkəməsinin sədri iki bacını necə aldada bilib?
Bakı İqtisad Məhkəməsinin sədri iki bacını necə aldada bilib?6-06-2014, 11:53 |
|
1 saylı Bakı İqtisad Məhkəməsinin sədri Müseyib Hüseynovla bağlı ilginc məlumatlar ortaya çıxıb. JAM.AZ-a daxil olan məlumata görə, məhkəmənin sədri hələ bir müddət əvvəl Cəmilə adlı xanımı aldadaraq, onun dəyəri 500 min manat olan evini 260 min manata satın alıb. Lakin bu azmış kimi, M.Hüseynov Cəmilə xanımdan aldığı evi 50 min manata sənədləşdirərək, bununla da vergidən yayınmağa nail olub. Həmin məlumatda vurğulanır ki, hadisədən xəbər tutan Cəmilənin bacısı Gülarə Rəhimxan qızı Rəhimova təcili olaraq xaricdən Bakıya dönüb və məhkəmənin sədri ilə görüşüb. Görüşdə tək tələb bu olub ki, ev geri qaytarılsın. Amma Müseyib Hüseynov bundan qəti şəkildə imtina edib. Ancaq G.Rəhimova məsələni mətbuata çıxaracaqlarını sədrin nəzərinə çatdırdıqda, o, fikrindən daşınaraq evi geri qaytaracağını vəd edib. Eyni zamanda, onlara belə bir şərt də irəli sürüb ki, evi onlara başqa bir yerdə yerləşən eyni sahəsi və qarajı olan bir ev tapdıqdan sonra qaytaracaq. G.Rəhimova da bu şərtlə razılaşıb. JAM.AZ-a verilən məlumatda deyilir ki, sonradan M.Hüseynov fikrini dəyişərək, aldığı evdən 1 otaq daha böyük bir ev tələb etməyə başlayıb. Bu zaman yaranan mübahisəli vəziyyət isə məhkəmə sədrinin səhhətinin pisləşməsinə belə gətirib çıxarıb. G.Rəhimovanın baş verənlərlə bağlı mətbuata məlumat verəcəyini deməsindən sonra Hüseynovun ürəyi gedib. Məlumatda deyilir ki, köməkçinin yardımı ilə özünə gətirilən məhkəmənin sədri bir müddət sonra bacılara ultimatum da göndərib. Onlara çatdırıb ki, hara istəyirlərsə şikayət edə bilərlər. Çünki Müseyib Hüseynov FHN şefi Kəmaləddin Heydərovun yaxın adamıdır və kimsə ona bir şey edə bilməz. JAM.AZ-ın araşdırmalarına görə, 1 saylı Bakı İqtisad Məhkəməsinin sədri Müseyib Hüseynovun Kəmaləddin Heydərovla hər hansı bir qohumluq və tanışlıq əlaqəsi yoxdur. Elə bu səbəbdən də məhkəmə sədrinin nazirin adından sui-istifadə etdiyi qeyd olunur. P.S. Mövzu ilə əlaqədar araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |