Əsas Səhifə > Güney Press / Ana xəbər > Ağdamın В«qızıl üçlüyüВ» və Quzanlıda mənimsənilən milyonlar
Ağdamın В«qızıl üçlüyüВ» və Quzanlıda mənimsənilən milyonlar6-06-2014, 11:52 |
|
Son 3 ildə Ağdamın Quzanlı və digər qəsəbələrində abadlıq işlərinin aparılması adı altında milyonlarla manat dövlət vəsaiti mənimsənilib Mənimsənilən vəsaitlərdə sabiq icra başçısı ilə yanaşı Ağdam rayon Maliyyə İdarəsinin müdiri Elşad Əhmədovun, Quzanlı qəsəbə icra nümayəndəsi Zabil Mehdiyevin və görülən işlərin icraçısı Qabil Həsənovun böyük rolunun olduğu bildirilir. PİA.AZ-a bu barədə Ağdamdan daxil olan məlumata görə Ağdamda aparılan abadlıq işlərinin korrupsioner В«Qızıl üçlüyüВ» kimi bilinən Elşad Əhmədov, Zabil Mehdiyev və Qabil Həsənov son illərdə 3 ildə Quzanlının abalaşdırılmasından əldə etdikləri qanunsuz qazanclar hesabına milyonerə çeriliblər. Qabil Həsənovun sahibi olduğu “Murovdağ-2012” MMC, “Təmir Tikinti Quraşdırma Təchizat” MMC, “Şərhud İnşaat” MMC və “Tikinti-2011” MMC-lərin vasitəsi ilə milyonlarla dövlət vəsaiti nəqdləşdirilərək hesabdan çıxarılıb. Çox qəribədir ki, son 3 ildə Quzanılıda aparılan işlərlə bağlı əksər tendeerləri məhz Qalib Həsənovun yuxarıda adı keçən MMC-ləri qazanıb və bu məsələdə Ağdam rayon Maliyyə İdarəsinin müdiri Elşad Əhmədovun müstəsna xidmətləri olub. Məhz Elşad Əhmədovunn səyləri nəticəsində Ağdamın В«qızıl üçlüyüВ» bir neçə milyon manat dövlət vəsaitini mənimsəməyə nail ola biliblər. Daxil olan məlumatda göstərilir ki, mənimsənilən vəsaitin 5 faizi sabiq icra başçısı Nizami Sadıqova çatsa da, В«qızıl üçlüyünВ» qazancı yüz min manatlarla ölçülüb. Elə bu üzdən də Quzanlı icra nümayəndəsi Zabil Mehdiyevin davranışları icra başçılarının davranışlarından heç də geri qalmayıb. Yəni adam faktiki olaraq özünü Quzanlının sahibi kimi aparıb. Məlumata əsasən Qalib Həsənovun şirkətlərinin adına ümumilikdə 2012 və 2013 cü illərdə Ağdam rayonun kənd, qəsəbələrindəki abadlıq, yol tikintisi, təmir adı altında 3 milyon manatdan çox vəsait silinib. Belə ki, 2012 ci ildə Quzanlı qəsəbəsində Z.Əliyeva adına parkın abadlaşdırılması üçün “Şərhud İnşaat” MMC 115 min manat, Əhmədağa kəndində səkilərin quraşdərəlması üşün “Tikinti-2011” MMC 45 min manat, İmamqulu kəndindən Ayaqqərvənd kəndinə gedən yolun təmiri üşün”Tikinti-2011”MMC 48 min manat, Çimənli, Qaradağlı kənd icra nümayəndəliklərinin binasının təmir edilməsi üçün “Murovdağ-2012” MMC 55 min, Xındırısatan kəndində yolların asfaltlanması üçün “Tikinti-2011” MMC 25 min, Quzanlı qəsəbəsində asfaltlanma işinə görə “Murovdağ-2012” MMC 90 min, həmçinin Ağdaç rayonunda fəaliyyət göstərən Dövlət Sosial İqtisadi Kollecində təmir işləri, digər maşən avadanlıqlarının alınması, abadlıq işləri, dəftərxana ləvazimatları və sair işlər üçün “Tikinti-2011” MMC, “Şərhud İnşaatçı” MMC 40 min manat vəsait köçürülüb. Məlumatlı mənbə qeyd edir ki, Qalib Hüseynov Quzanlı qəsəbəsinin icra nümayəndəsi Zabil Mehdiyevlə əlbir olaraq görüntü naminə bəzi abadlıq işləri görərək ayrılan vəsaitlərin yarısının maliyyə idarəsinin müdiri Elşad Əhmədovunda faizini verməklə mənimsəyiblər. Bundan başqa 2013-cü ildə Quzanlı qəsəbəsində H.Əliyev parkının abadlaşdırılmasına “Murovdağ-2012”MMC 280 min, Xındırıstan Bəybalalar, Əhmədağalı -Nirəşəli, Mahrızlı -Alıbəyli, Üçoğlan- İmamqulubəyli-Quzaanlı qəsəbə yollarının çınqıllanması, asfaltlanması üçü “Təmir Tikinti Quraşdırma Təchizat” MMC 300 min, Üçoğlan, İmaqulubəyli, Xındırıstan kənd arası yolların çınqıllanmasına görə “Murovdağ-2012” MMC 50 min mnaat vəsait köşürülmüşdür. Məlumatlı mənbəmiz bildirir ki, Qalib Həsənovun şirkətləri həmdə keçmiş icra başçısıs Nizami Sadıqovun, Quzanlı icra bümayəndəsi Zabil Mehdiyevin və rayon maliyyə idarəsinin müdirir Elşad Əhmədovun vəsait silmə, çirkli pulları yumaq rolunu oynayırdı. Son 3 ildə iş adamının şirkətlərinin əli ilə müxtəlif işlərin görülməsi adı altında 4 milyona yaxın vəsaitin silindiyi bildirilir. Silinmə prosesində isə Qalib Həsənova ümumi məbləğin 13 fazinin çatdığı qeyd olunur. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə dərc etməyə hazırıq... Geri qayıt |