Əsas Səhifə > Güney Press / Partiya > " Şayiə də yayırlar ki, guya bu tıxacı benzin satılsın deyə edirlər..."

" Şayiə də yayırlar ki, guya bu tıxacı benzin satılsın deyə edirlər..."


Bu gün, 06:10

"Şəhər kənarından və şəhər içi bu qədər tıxacların olmasının bir səbəbi var. Əhali heç nə düşünməsin, günü gündən artan qiymətlər, cərimələr, vergilər, bərbad komunal sistem, keyfiyyətsiz ərzaqlar, ağır kredit faizləri, bərbad təhsil, işsizlik, korrupsiya, səhiyyə və digər sahələr barədə heç də deməsin, yalnız bir şeyi desin: "Bu yollar niyə düzəlmir"..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu açıqlamasında tanınmış tarixçi alim Zaur Əliyev qeyd edib.
O daha sonra bildirir: "Digər məsələlərə etiraz etmək taqəti olmasın. Əgər etiraz edəcəksə də tıxacdan eləsin. Saatlarla yolda qalan insanın yalnız bir düşüncəsi olsun, evə yaxud işə çatsın və yorğun halda ya yatmağı düşünsün, ya da sadəcə işini beyni yorğun halda görsün. Şayiə də yayırlar ki, guya bu tıxacı benzin satılsın deyə edirlər. İnanın, belə deyil. Maksimum bir iki litr benzin artıq yanır. Onlar da bunun acı deyillər. Onsuz da 10 litr vuranda bir litr camaatın cibinə girirlər..
Etirazlar yol və tıxacla bağlı çoxalanda da çıxıb açıqlama versinlər ki, "Əhaliyə şad xəbər, 2050-90cı illər arası ya ora metro çəkiləcək, ya da tunel".
Bəzi yaltaq media və ekspertlər də buna mala vursun. Ay qardaş 2050 ci ildə mən ölüb gedəcəm, nəyimə lazımdır o tarixdə sən nəsə edəcəksən.
Neynəyirəm 45-50 ildən sonra o metronu, tuneli ki, bu gün məni, səni, onu, bizi, hamımızı xəstə edib, əsəb edib.
O dövrdə artıq dünya yerdə yox ey, göydə uçacaq, sən durub xalqa metro çəkəcəksən, tunel qazacaqsan ? Əcnəbi göydə balonla gəzəcək, biz hələ araba minəcəyik?"

Geri qayıt