Əsas Səhifə > Güney Press / Partiya > "Trampın Azərbaycanla bağlı bu açıqlaması əlbəttə gülməli idi..."
"Trampın Azərbaycanla bağlı bu açıqlaması əlbəttə gülməli idi..."21-02-2026, 05:17 |
|
"Yadınızdadırsa, Trump demişdi ki, Azərbaycanı və Ermənistanı 200 faizlik ixracat tarifi ilə hədələdiyinə görə, ötən ilin avqustunda Əliyev və Paşinyan sülh haqqında razılığa gəldilər..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının qurucu üzvü İlqar Məmmədov qeyd edib.
O daha sonra bildirir: "Bu, əlbəttə gülməli idi. Azərbaycanın Amerikaya ixracatı nədir ki, biz məhz tarifdən qorxub Ermənstanla sülhə gedək?
Trump bu əsaslandırması ilə ancaq özünün qlobal və milli gündəmini gücləndirməyə çalışırdı. Hamı da onu bu məsələdə yola verirdi, çünki sülh hər halda ülvi bir məqsəddir.
Lakin dünən, ABŞ Ali Məhkəməsi Trumpın həmin o səs-küylü fövqəladə tariflər siyasətini qanunsuz elan elədi. İndi nə, biz müharibəyə qayıda bilərik? Axı sülh hələ heç imzalanmayıb.
Sülhə qarşı oynayan güclərin imkanları bugünə yetişmiş olsaydı, onlar bu hadisənin yaratdığı ziddiyyətdən faydalanmağa mütləq can atardı və anlaşmaya doğru hərəkətimizi əngəlləyərdi.
Amma xeyr, Bakı və İrəvan sülh yoluna ən azından hələlik davam edəcək. Çünki Trumpın tarifləri ilə bu yol arasında heç bir əlaqə olmayıb və yoxdur.
Sadəcə, bütün bunlar bir daha sübut edir ki, hətta yaxşı işlərə uydurma əsaslarla haqq qazandırmaq təhlükəlidir..."
Geri qayıt |