Əsas Səhifə > Güney Press / Ana xəbər > “Aqrolizinq”in sabiq rəhbəri axtarışa verildi
“Aqrolizinq”in sabiq rəhbəri axtarışa verildi5-06-2014, 16:04 |
|
Əli Bayramova qarşı dövlət əmlakını talama maddəsi ilə cinayət işinin açıldığı deyilir Bir müddət əvvəl öz ərizəsi ilə işdən çıxan “Aqrolizin” ASC-nin rəhbəri Əli Bayramovla bağlı cinayət işi qaldırılıb. Bu barədə məlumat JAM.AZ-a hüquq mühafizə orqanlarındakı mənbələrdən verilib. Mənbənin bildirdiyinə görə, ASC-nin sabiq rəhbəri həmçinin axtarışa verilib. O, dövlət əmlakını talamaqda ittiham edilir. Qeyd edək ki, Əli Bayramov istefa verdikdən sonra ölkəni tərk edib. Onun hansı ölkədə qərarlaşdığı isə məlum deyil. Geri qayıt |