Əsas Səhifə > Güney Press / Ana xəbər > Ziya Məmmədovla görüşdən razı qalmasa, aclıq aksiyasına başlayacaq

Ziya Məmmədovla görüşdən razı qalmasa, aclıq aksiyasına başlayacaq


5-06-2014, 13:27
Ziya Məmmədovla görüşdən razı qalmasa, aclıq aksiyasına başlayacaq
İyunun 6-sı saat 15:00-da hüquq müdafiəçisi Vidadi İsgəndərli aclıq aksiyasına başlayacağını bildirmişdi. Buna səbəb kimi nəqliyyat naziri Ziya Məmmədovun ona qarşı qanunsuz hərəkətlərini əsas gətirmişdi. Hüquq müdafiəçisi aclığa başladığı vaxt mətbuat konfransı keçirəcəyini də bəyan etmişdi.

İyunun 6-sı keçirəcəyi mətbuat konfransı və aclıq aksiyasını hüquq müdafiəçisi təxirə salıb. Bu barədə musavat.com-a onun özü məlumat verib: “Bu gün saat 11:00-da DİN-nin katibliyindən mənə zəng etdilər ki, saat 15:00-da nazirliyin rəhbərliyi sizinlə görüşəcək. Üstündən 1 saat keçmiş mənə yenidən nazirlikdən zəng vuraraq, sabah saat 3-də cənab nazirin mənimlə görüşəcəyini bildirdilər. Mən onlara mətbuat konfransımın olduğunu dedim. Məndən xahiş etdilər ki, görüşü gözləyim. Sabah keçirəcəyim mətbuat konfransı nazirliklə görüşümlə bağlı müvəqqəti təxirə salınır. Hər şey görüşdən asılı olacaq. İstintaq düzgün aparılsa, mənə qarşı terror edən şəxslər cəzalandırılsa, sözsüz ki, mən yalnız minnətdarlıq bildirəcəm. Əgər bir tədbir görülməsə, fikrimdə qərarlıyam. Aclıq aksiyasına başlayıb, bütün dünyanı bundan xəbərdar edəcəm. Bütün mətbuat nümayəndələri, xarici ölkə səfirlikləri üzrlü saysınlar”.

Geri qayıt