Əsas Səhifə > Güney Press / Ana xəbər > Məşhur ABŞ nəşrindən İNANILMAZ xəta: “Cənubi Qafqaz Rusiyadır...”
Məşhur ABŞ nəşrindən İNANILMAZ xəta: “Cənubi Qafqaz Rusiyadır...”13-02-2026, 12:05 |
|
Amerika Birləşmiş Ştatlarının aparıcı media qurumlarından biri gözlənilməz coğrafi səhvə yol verib. Musavat.com-un xəbərinə görə, nüfuzlu “Vaşinqton post” nəşrində vitse-prezident Ceyms Devid Vensin Azərbaycana və Ermənistana səfəri ilə bağlı dərc olunmuş məqalədə Cənubi Qafqaz "Rusiya" adlandırılıb. Yazıda deyilir ki, “Rusiyanın Cənubi Qafqazına iki günlük səfəri zamanı vitse-prezident TRIPP-in Ermənistandan keçəcək, Azərbaycanı Türkiyə ilə birləşdirəcək, Rusiya və İranı keçəcək 42 kilometrlik nəqliyyat qovşağı yaratmaq planları barədə həvəslə danışıb”. Daha sonra nəşrin sosial media səhifəsində səhvi düzəldən yeni bir paylaşım olub. Qeyd olunur ki, bu, qəzetin işçilərinin üçdə birini ixtisar etməsindən cəmi bir həftə sonra baş verən xətadır.
Musavat.com Geri qayıt |