Əsas Səhifə > Güney Press / Ana xəbər > “Rövşən Əkbərovun xidməti yeri dəyişdiriləcək”
“Rövşən Əkbərovun xidməti yeri dəyişdiriləcək”5-06-2014, 12:28 |
![]() Müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən, Rövşən Əkbərovun komandiri olduğu 3-cü Ordu Korpusunda gözlənilmədən yoxlamaların başlanması ictimaiyyətdə çaşqınlıq yaradıb. Mətbuatın bu xəbəri yaymasından sonra sadə vətəndaşlar sosial şəbəkələrdə Rövşən Əkbərovun yaxın zamanlarda vəzifədən azad ediləcəyi ilə bağlı müzakirələrə başlayıblar. Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, yayılan məlumatlar yanlışdır: “Əksinə, mən qətiyyən Şəmkir Hərbi Birləşməsinin komandiri, Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərovun vurulmasını düşünmürəm. Bu sadəcə, ola bilsin ki, kənardan belə görünür. Əslində isə çox yaxın zamanlarda biz mətbuatın yazdığının əksini görsək, gərək təəccüblənməyək. Rövşən Əkbərovun hədəfə gələ biləcəyi ilə bağlı hansısa ciddi bir əsas görmürəm. Razıyam ki, onun rəhbərlik etdiyi hərbi birləşmədə çox ciddi məsələlər var. Bura qeyri-döyüş itkiləri, nizamnamədən kənar hallar nəticəsində baş verən hadisələr, həmçinin bəzi komandirlərin vəzifə səlahiyyətlərini aşması və digər halları əlavə etmək olar. Mənim ehtimallarıma görə, 26 iyun Silahlı Qüvvələr Gününədək həyata keçirilməsi planlaşdırılan kadr yerdəyişmələri ilə bağlı Rövşən Əkbərovun xidməti yeri dəyişdiriləcək. Bunun hara olacağını isə yaxın günlərdə yəqin ki, biləcəyik”. Geri qayıt |