Əsas Səhifə > Güney Press > Dövlət Ehtiyatları Agentliyi bir maşını 2500 manata təmir etdirəcək

Dövlət Ehtiyatları Agentliyi bir maşını 2500 manata təmir etdirəcək


Dünən, 17:22

Dövlət Ehtiyatları Agentliyi (DEA) növbəti tenderinə yekun vurub.

Tribuna.az xəbər verir ki, dövlət qurumu istifadəsində olan avtomobilləri təmir etdirməyi qərarlaşdırıb.

Belə ki, toplam 30-40 ədəd maşının təmir edilməsi üçün “FURQAN AVTO” MMC ilə satınalma müqaviləsi imzalanıb. Bu məqsədlə Agentlik 111 min 111 manat ödəniş edəcək.

Xatırladaq ki, Agentlik avtomobillərin təmiri üçün 204 min manat vəsait ayırıbmış. Lakin tenderin qalibi bu işləri 111 min manata həll edəcəyini vəd edib.

Qeyd edək ki, bu bölgü ilə DEA bir avtomobilin təmirinə 2500 manat xərc çəkmiş olacaq.


Geri qayıt