Əsas Səhifə > Güney Press > Hərbi Prokurorluqdan Vahid Mustafayevə bahalı saat
Hərbi Prokurorluqdan Vahid Mustafayevə bahalı saatDünən, 16:28 |
|
Hərbi Prokurorluq “VMF” şirkəti ilə müqavilə bağlayıb. “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, müqavilədə saat alışı nəzərdə tutulub. Digər detallar açıqlanmasa da, saatın satış qiymətinin 773 manat olduğu müəyyənləşib. Xatırlatma üçün deyək ki, Hərbi Prokurorluq ötən il də "VMF" şirkətindən 1.365 manat dəyərində saat alıb. Qeyd edək ki, “VMF” şirkəti 1997-ci ildə ANS Şirkətlər Qrupunun Qurucusu Vahid Mustafayev tərəfindən yaradılıb. Şirkətin hazırda direktoru isə ötən ilin aprelindən Fuad Babayevdir. Xatırladaq ki, hazırda Azərbaycan Hərbi prokuroru ədliyyə general-mayoru Bəhruz Əhmədovdur. O, 2025-ci il mayın 13-də bu vəzifəyə təyin edilib. B.Əhmədov sözügedən vəzifədə 20 il çalışan ədliyyə general-leytenantı Xanlar Vəliyevi əvəzləyib. Geri qayıt |