Əsas Səhifə > Güney Press > İstanbul prosesini pozan İran Omanda böyük nəticə əldə edə bilmədi

İstanbul prosesini pozan İran Omanda böyük nəticə əldə edə bilmədi


Dünən, 14:57

“İran çox ciddi problemlə üzləşdiyi vaxtda Türkiyə onu müdafiə etdi, ABŞ başda olmaqla bir neçə dövlətlə müzakirələr apardı, məsələnin danışıqlar masasına gətirilməsinə çalışdı. Məhz Türkiyənin təşəbbüsü ilə bir neçə dövlətin koordinasiyalı şəkildə fəaliyyətinin nəticəsi olaraq Amerika güc tətbiqindən çəkindi və danışıqlar variantına üstünlük verdi. Son anda isə İran danışıqların İstanbulda deyil, Omanda keçirilməsini istədi. Bu, faktiki olaraq Türkiyəni görməzdən gəlmək idi”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında siyasi siyasətçi Əli Mustafa deyib.

O qeyd edib ki, İranın ABŞ-la danışıqları Türkiyədə yox, Omanda keçirmək niyyətinin müəyyən səbəbləri var:

“Oman İranın ərəb dünyasında ən etibar etdiyi ölkələrdən biridir. Bundan əvvəl də iranlılar Amerika ilə danışıqları Omanda aparmışdılar. Ola bilsin ki, bu müstəvidə İran özünü daha rahat, daha arxayın hiss edir. Digər tərəfdən, İstanbulda planlaşdırılan görüşdə Qətər, Səudiyyə Ərəbistanı, Misir nümayəndələrinin də iştirakı nəzərdə tutulurdu. Amma İran bunu istəmədi, əvəzində Omanda Amerika nümayəndələri ilə üz-üzə danışıqlara üstünlük verdi. Əlbəttə, bunu mübahisələndirmək, İranın qədirbilməzliyi kimi qiymətləndirmək olar. Sözsüz ki, bu, həm də Türkiyənin xoş məramına adekvat olmayan münasibət oldu. Ancaq nəzərə almalıyıq ki, İran belə ziddiyyətlərlə dolu bir ölkədir. Bir tərəfdən PKK ilə mübarizə aparan, digər tərəfdən onun Türkiyə qolunu silhlandıran dövlətdir. Bir tərəfdən İslamdan, dinin həmrəyliyindən bəhs edir, eyni zamanda İslam ölkələrində münaqişə yaradır və s. Ona görə, İranın davranışları başadüşüləndir. Bəli, danışıqlar məsələsində ünvan kimi İstanbul qətiləşdirilmişdi, amma İran bunu istəmədi”.

Ə. Mustafa əlavə edib ki, Oman görüşlərində böyük nəticə əldə edilməyib:

“Danışıqların davam etdirilməsi qərar alındı. Hər halda bunun özü də müsbət hadisədir. Danışıqlar İstanbulda keçiriləcəyi təqdirdə hansı nəticə hsil ola bilərdi, biz bunu indi deyə bilmərik. Ancaq müharibənin olmaması bizim hamımızın maraqlarına uyğundur”.


Geri qayıt