Əsas Səhifə > Güney Press / Ana xəbər > Hüquq müdafiəçisi nazirə qarşı aclıq aksiyasına başlayır

Hüquq müdafiəçisi nazirə qarşı aclıq aksiyasına başlayır


4-06-2014, 16:05
Hüquq müdafiəçisi nazirə qarşı aclıq aksiyasına başlayır
Hüquq müdafiəçisi Vidadi İsgəndərli aclıq aksiyası keçirəcək. Bu haqda “Yeni Müsavat”a V.İsgəndərli özü məlumat verib.
“Ziya Məmmədovun adından terrorla hədələnmişəm. Terrorla hədələnməyimlə bağlı tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Lakin heç bir tədbir görülməyib. Buna görə də aclıq aksiyası keçirib Ziya Məmmədovun mənə qarşı etdiklərinə hüquqi qiymət verilməsini tələb edəcəyəm” – deyə V.İsgəndərli bildirdi. O, əlavə etdi ki, ona qarşı cinayət araşdırlmayınca aksiyanı dayandırmayacaq: “Başqa yolum qalmayıb. Şikayətlərimə baxılmır. Həkimlərin rəyindən asılı olaraq quru və ya sulu aksiya keçirəcəyimə qərar verəcəyəm”.
V.İsgəndərli aclıq aksiyasına başlayacağı günü də açqıladı: “İyunun 6-da 15:00-dan başlayaraq yaşadığım Bakı şəhəri, Badamdar qəsəbəsi, İqor Ağayev küçəsi ev 2, mənzil 45-də aclığa başlayacağam. Aclığa başladığım vaxt evimdə mətbuat konfransı keçirib bəzi sənədləri açıqlayacağam. Azərbaycanda fəaliyyətdə olan bütün səfirlikləri, KİV nümayəndələrini, siyasi liderləri də evimə dəvət edirəm”.

Geri qayıt