Əsas Səhifə > Güney Press > Şamaxıdakı dövlət qurumu nizamnamə kapitalını 2,4 milyon manat azaldır

Şamaxıdakı dövlət qurumu nizamnamə kapitalını 2,4 milyon manat azaldır


4-02-2026, 16:39

Şamaxı şəhərində yerləşən 2 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi publik hüquqi şəxsi nizamnamə kapitalını kəskin azaldır.

"DİA-AZ" xəbər verir ki nizamnamə kapitalı 1.000 manata endirilir.

PHŞ-nin bunan qədər ki, nizamnamə kapitalı 2 milyon 431 min 279 manat idi.

Qurumun qanuni təmsilçi Tamerlan Şərifzadə Yaşar oğludur. Müəssisə dövlət qeydiyyatına 11 yanvar 1999-cu ildə alınıb.

Hüquqi ünvanı AZ5602, ŞAMAXI RAYONU, ŞAMAXI ŞƏHƏRİ, NƏRİMAN NƏRİMANOV, ev.106 ünvanıdır.


Geri qayıt