Əsas Səhifə > Güney Press > Səhiyyə tenderlərində ən aşağı qiymət meyarı üstün tutulur
Səhiyyə tenderlərində ən aşağı qiymət meyarı üstün tutulurBu gün, 18:07 |
|
Səhiyyə büdcəsinin təxminən dörd dəfəyə yaxın artırılmasına baxmayaraq, bu gün hələ də cəmiyyət, pasiyentlər və səhiyyə sistemi arasında münasibətlərdə gözlənilən səviyyədə effektivliyi və məmnunluğu hər zaman aydın şəkildə görə bilmirik. Bunun səbəbləri çoxşaxəlidir və müxtəlif amillərlə izah oluna bilər. O qeyd edib ki, bu səbəblər arasında ən vacib və bu gün xəstəxanaların gündəlik fəaliyyətində ciddi gecikmələrə, xidmətlərin bahalaşmasına və bir sıra sistem problemlərinə gətirib çıxaran əsas məsələlərdən biri məhz dövlət satınalmaları ilə bağlı mövcud tətbiq mexanizmləridir. Burada söhbət hər hansı bir konkret qurumdan və ya fərdi yanaşmadan getmir. Məsələ yanaşma fəlsəfəsinin özündədir. "Tenderlərdə ən aşağı qiymət meyarı çox vaxt keyfiyyət, klinik effektivlik və uzunmüddətli nəticələr hesabına üstün tutulur. Nəticədə tibbi praktikada istifadəsi məhdud, bəzən isə əlavə risklər yaradan məhsullar seçilmək məcburiyyətində qalınır.
Deputatın fikrincə, qlobal bazarlarda qiymət dalğalanmaları və logistik risklər fonunda bəzi həyati əhəmiyyətli dərman və materialların vaxtında çatdırılmaması müşahidə olunur ki, bu da tibbi xidmətlərin fasiləsizliyinə risk yaradır. "Bu baxımdan, dövlət satınalmaları haqqında qanun layihəsinin müzakirəsi zamanı səhiyyə sektorunun spesifik xüsusiyyətlərinin nəzərə alınması, keyfiyyət və klinik fayda meyarlarının gücləndirilməsi, eləcə də təcili və həyati vacib tibbi ehtiyaclar üçün daha çevik mexanizmlərin yaradılması olduqca vacibdir" - komitə sədri sonda vurğulayıb. Geri qayıt |